“Kızılcık Şerbeti”nin Abdullahı insult keçirdi

kizilcik-serbetinin-abdullahi-insult-kecirdi
Oxunma sayı: 3195

Türkiyəli aktyor Settar Tanrıöğen insult keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa-model Ebru Destan öz instaqram hesabında məlumat verib.

Onun sözlərinə görə, S. Tanrıöğen əməliyyat olunub, vəziyyəti stabildir.

Qeyd edək ki, 61 yaşlı Settar Tanrıöğen hazırda “Kızılcık Şerbeti” serialında Abdullah rolunu canlandırır. O, son bölümdə xəstəxanaya yerləşdirilmişdi.