Klintonlar bu tarixdə ifadə verəcəklər

klintonlar-bu-tarixde-ifade-verecekler
Oxunma sayı: 709

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və sabiq Dövlət katibi Hillari Klinton milyarder Ceffri Epşteynlə bağlı Konqres istintaqı çərçivəsində fevralın sonunda ifadə verəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bunu Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer açıqlamayıb.

Bildirilib ki, Hillari Klinton fevralın 26-da, Bill Klinton isə fevralın 27-də komitə qarşısına çıxacaq.

Respublikaçıların Klintonları Konqresə hörmətsizlikdə ittiham etmək üçün səsvermə planları isə müvəqqəti olaraq təxirə salınıb. Dinləmələr qapalı keçiriləcək, ifadələr yazılı və video formatda qeydə alınacaq.

İstintaq ABŞ Ədliyyə Nazirliyinin yayımladığı yeni sənədlər fonunda Epşteynin yüksək profilli şəxslərlə əlaqələrini araşdırmaq məqsədi daşıyır.