“Koroğlu”da qəza, tıxac yarandı - Foto

korogluda-qeza-tixac-yarandi
Oxunma sayı: 3759

Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən hazırda həm metronun "Koroğlu" stansiyası, həm də mərkəz istiqamətində sıxlıq yaranıb.