Körpələr evində Zəfər bayramı qeyd olunub - Fotolar

korpeler-evinde-zefer-bayrami-qeyd-olunub
Oxunma sayı: 1375

69 №-li körpələr evi-uşaq bağçasında Zəfər bayramı münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçılarına 44 gün davam edən Vətən Müharibəsindən bəhs edilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 44 gün ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarxa baxılıb.

Sonda uşaqların Zəfər günü ilə bağlı hazırladıqları kompozisiyalar nümayiş olunub.