Krıma getmək istəyən başqanın müavinləri geri qaytarılırlar - Yenilənib

krima-getmek-isteyen-basqanin-muavinleri-geri-qaytarilirlar-
Oxunma sayı: 2311


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar”.  

Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.

***

“Yeni Müsavat”ın reportyoru Emil Salamoğlunun Musavat.com-a verdiyi məlumata görə, Mahaçqalada saxlanılan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı, eləcə də, Emil Salamoğlunun özü azad edilib. Lakin onlara səfərlərini davam etdirmək imkanı verilməyib. Saxlanılanlar nəzarət altında qatara mindirilərək, Bakıya qaytarılırlar.

Saat 13 radələrində Müsavat başqanı İsa Qəmbəri öz "Feysbuk" səhifəsində qeyd edib ki, o, bir neçə dəqiqə əvvəl Arif Hacılı və Gülaga Aslanlı ilə telefonda danışıb və hər şeyin yaxşı olacağına ümid edir.