Bu gün, 31 may tarixində, Gülüstan sarayında Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan Kristal brendinin rebrendinq tədbiri keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şirkətin yeni loqotipi, vizual kimliyi, rəqəmsal platformaları və gələcək hədəfləri ictimaiyyətə təqdim olunur.
Rebrendinq, “Kristal”ın uzun illər əsas tutduğu insan amilini artıq brendin vizual və kommunikasiya strategiyalarında da ön plana çıxarmağı hədəfləyir. Bu, şirkətin yanaşma tərzində mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.
“Kristal” bu yeni mərhələdə yalnız vizual imicini deyil, həmçinin fəaliyyət strategiyasını da yeniləyir. Şirkət yaxın zamanda yeni şəhərlərdə fəaliyyətini genişləndirməyi, yeni yaşayış konseptləri ilə çıxış etməyi və müştəri təcrübəsini rəqəmsal mühitdə daha əlçatan və funksional etmək məqsədilə yeni vebsayt və mobil tətbiq təqdim etməyi planlaşdırır.
Son xəbərlər
Son Xəbərlər