Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir teatr mövsümünü uğurla başa vurub.
“Qafqazinfo” xəbər verir ki, iyulun 15-də teatrda toplantı keçirilib. Tədbirdə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə mövsümün uğurlu yekunu ilə bağlı kollektivi təbrik edib. Daha sonra mövsüm boyu uğurlu fəaliyyəti ilə seçilən teatrın əməkdaşları Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Elnur Abasquliyev, Aygül Ağayeva və başqalarına fəxri fərmanlar təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər