Külək güclənib, bu ərazilərə qar yağıb - Faktiki hava

kulek-guclenib-bu-erazilere-qar-yagib
Oxunma sayı: 2516

Ölkə ərazisində faktiki hava açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 12:00-a olan məlumatına əsasən, ölkədə qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.

Hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib.

Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.