Külək Qaxda məktəbin damını uçurdu - Foto

kulek-qaxda-mektebin-damini-ucurdu
Oxunma sayı: 1755

Güclü külək Qax rayonunun Ağçay kəndində orta məktəbə ziyan vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Külək məktəbin dam örtüyünü uçurub.

Qeyd edək ki, həmin məktəbdə 50-yə yaxın şagird təhsil alır.

Mübariz Məmmədov