Kurban Berdıyev rəsmən “Turan Tovuz”da

kurban-berdiyev-resmen-turan-tovuzda
Oxunma sayı: 1268

“Turan Tovuz” yeni baş məşqçisi Kurban Berdıyevlə münasibətləri rəsmiləşdirib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 71 yaşlı çalışdırıcı bölgə təmsilçisinə təyin olunub.

Aparılan danışıqlardan sonra tanınmış mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb. Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli, İranda  “Traktor”, Rusiyada  “Rostov”, “Soçi”,  “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-21 mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.