Kurts ikinci dəfə Avstriya kansleri oldu

kurts-ikinci-defe-avstriya-kansleri-oldu
Oxunma sayı: 1233

Avstriya Prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurtsun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiq edib. Bununla da Kurtsun kansler kimi  ikinci fəaliyyət dövrü başlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl isə Bellen kansler səlahiyyətlərini müvəqqəti icra edən Birqitt Birlyaynı vəzifəsindən azad edib.

Xatırladaq ki, keçmiş vitse-kansler Haynts-Kristian Ştraxenin İbizada ölkədəki seçkilərə rus milyonçularının müdaxiləsini müzakirə etdiyi qalmaqallı videosu yayıldıqdan sonra Avstriya parlamenti Kurts hökumətinə qarşı etimadsızlıq göstərmiş və onu istefaya göndərmişdi.