Ağstafada ölümlə nəticələnən qəza olub.
“Qafqazinfo” xəbər verir ki, qəza hərəkətdə olan kvadrosikllə minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı 2011-ci il təvəllüdlü N.N. həyatını itirib, 2011-ci il təvəllüdlü K.Ə. isə müxtəlif bədən xəsarətləri alıb. Onun müalicəsi xəstəxanada davam etdirilir.
Onların hər ikisi kvadrosikldə olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər