Kürün üzərindəki ödənişli körpü dağıldı - Video

kurun-uzerindeki-odenisli-korpu-dagildi
Oxunma sayı: 2513

Kür çayında suyun səviyyəsinin kəskin artması bir sıra fəsadlar törətməkdədir.

“Qafqazinfo” xəbər verir ki, Sabirabad rayonunun Qaraqaşlı, Quruzma və Qəzli kəndlərini rayon mərkəzi ilə birləşdirən ödənişli körpü suyun artması səbəbindən dağılaraq yararsız hala düşüb.

Bu səbəbdən bəzi sürücülərin istifadə etdiyi alternativ yollardan biri sıradan çıxıb.

Bildirilir ki, fərdi sahibkarın hazırlatdığı körpü bir neçə ildir ödənişli olaraq əhaliyə xidmət göstərir. Keçidi 50 qəpik olan körpü sürücülərin yolunu 25-30 kilometrədək qısaldır.