“Lada” kanala düşdü, 4 nəfər xilas edildi - Video

lada-kanala-dusdu-4-nefer-xilas-edildi
Oxunma sayı: 1033

Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə polis əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Keçirilən birgə əməliyyat sayəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.