Lalə Azərtaş estetik etdirib?

lale-azertas-estetik-etdirib
Oxunma sayı: 4758

“ATV Xəbər”in aparıcısı Lalə Azərtaş plastik əməliyyat etdirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində yazıb. Tanınmış aparıcı uşaqlıq fotosunu yayaraq yazılanların şayiə olduğunu bildirib:

“Heç vaxt mənə yazılan şərhlərlə bağlı münasibət bildirməmişəm. Heç indi də fikrim yoxdur. Amma bir instaqram səhifəsində şəklim paylaşılıb. Çox nadirən özüm haqqımda mənfi rəylərə rast gəlirəm. Ancaq biri estetik əməliyyatlarla bağlı haqqımda qəribə məlumatlar, “fakt”lar, hətta, məni bu hala salan həkimin adını da yazıb. Əvvəlcə güldüm, sonra bir yaşlı Lalənin fotosunu paylaşmaq qərarına gəldim. Bəlkə məndən yox, bu balaca qızdan utanarlar”.