Lavrov Rubio ilə 50 dəqiqə danışdı

lavrov-rubio-ile-50-deqiqe-danisdi
Oxunma sayı: 1326

Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında danışıqlar olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüş 50 dəqiqədən çox davam edib.