Lənkəranda ağır qəza - Ölən və yaralananlar var

lenkeranda-agir-qeza
Oxunma sayı: 1501

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,  “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında iri gövdəli ağaca çırpılıb.

Qəzada nəticəsində sürücü, Lənkəran rayonunun Mamusta kənd sakini 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev hadisə yerində ölüb.

Sərnişinlər- Lənkəran rayonunun Xanbulan kənd sakini 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və onun həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ü.Əzizlinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov