Lənkəranda ev yandı - 2 kənd işıqsız qaldı - Foto - Yenilənib

lenkeranda-ev-yandi
Oxunma sayı: 443

Lənkəranda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb.

Elvin Nuriyevə məxsus 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 480 kv.m olan fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğına görə Cil və Şağlaser kəndlərində elektrik enerjisinin verilişində 2 saata yaxın fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

***

FHN-in məlumatına görə, Lənkəran şəhərinin Cil kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Surxay Şahbazov