“Biz müharibə ilə pul qazanırıq”

biz-muharibe-ile-pul-qazaniriq
Oxunma sayı: 1864

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişədən qazanc əldə etdiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Biz müharibə ilə pul qazanırıq, amma mən bu barədə danışmaq belə istəmirəm”, - Tramp bildirib.

O, həmçinin böhranı həll etmək üçün səylər göstərdiyini və insanların həyatını xilas etmək istədiyini də vurğulayıb.