Yeni sədrə müavin təyin olundu - Foto

yeni-sedre-muavin-teyin-olundu
Oxunma sayı: 2579

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Əmri ilə bu vəzifəyə Eşqin Bayramov gətirilib.

41 yaşlı E.Bayramov sözügedən təyinata qədər Agentliyin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Hasil Abbasov təyin olunub.