Qazaxda köməkçi tikilidə yanğın - Video

qazaxda-komekci-tikilide-yangin
Oxunma sayı: 286

Qazax rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və havanın küləkli olması səbəbində bitişik tikililərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları 16kv.m. sahədə yanıb.

Yardımçı tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.