Şikayətçi Vüqar İsmayılov “Qafqazinfo”ya bildirib ki, 2013-cü ilin mart ayının 14-də adıçəkilən TV-nin “Zəif Bənd” proqramının iştirakçısı olub. Yarışmada 2100 manat udan iştirakçı aradan 1 il keçsə də, bu günə qədər udduğu məbləği ala bilməyib. Vüqar İsmayılov deyir ki, dəfələrlə Tv–yə gəlsə də, büdcədə pul olmadığını deyərək ona bir neçə aydan sonra gəlməsinin lazım olduğunu bildiriblər.
Sonuncu dəfə iştirakçının qohumları TV ilə əlaqə saxlayıblar. Telekanalın maliyyə şöbəsindən iştirakçının yaxınlarına deyilib ki, “gəlib oynamayaydınız, sizdən xahiş etmişdik?”.
Vüqar İsmayılov bildirir ki, həmin məbləği qazandığı zaman proqarmın işçiləri ondan 500 manat şirinlik də istəyiblər. İştirakçı buna da razı olsa qazandığı məbləği TV-dən ala bilmir.
Qeyd edək ki, Vüqar İsmayılov proqramda iştirak etdiyi qələbə qazandığı proqramın video görüntüləri də var.
Son xəbərlər
Son Xəbərlər