İngiltərə Premyer Liqasında 37-ci turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tur çərçivəsində daha bir oyun baş tutub.
Çempionluğunu rəsmiləşdirən “Liverpul” səfərdə “Brayton”la qarşılaşıb. Beş qolluq oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər - 3:2.
Qeyd edək ki, “Liverpul” 83 xalla turnir cədvəlində birinci, “Brayton” isə 58 xalla səkkizinci yerdə qərarlaşıb.