“Liverpul” tarixində ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.
“Qafqazinfo” “Opta Sport”a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında “Everton”la XV turdan təxirə salınmış matçda baş verib.
Sözügedən görüşdə “qırmızılar”ın start heyətində 9 ölkədən futbolçular yer alıb.
Niderland: Van Deyk, Qakpo, Qravenberx
Fransa: Konate
Macarıstan: Soboslai
Şotlandiya: Robertson
Şimali İrlandiya: Bredli
Misir: Salah
Braziliya: Alisson
Argentina: Makallister
Kolumbiya: Dias
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.