Macarıstan Rusiyanın 10 diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Anita Orban “X” hesabında bildirib.
Məlumata görə, bununla əlaqədar olaraq Rusiya səfiri Macarıstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya nümayəndəliyində çalışan 10 diplomatın Macarıstan ərazisində diplomatlar üçün qəbuledilməz hesab edilən fəaliyyətlə məşğul olduqları səfirin diqqətinə çatdırılıb.
“Bununla əlaqədar Macarıstan tərəfi adıçəkilən şəxsləri ölkəni tərk etməyə çağırıb. Bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qoruyur”, - Orban yazıb.
Bununla belə, o, Budapeştin bu qərarının Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi demək olmadığını vurğulayıb.
***
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin Macarıstan hakimiyyətinin 10 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına sərt cavab verəcəyini açıqlayıb.
“Budapeştdəki rusofob lobbiyə cavab sərt və ağrılı olacaq”, - diplomat deyib.
Son xəbərlər
Son Xəbərlər