Madonna 27 yaşlı sevgilisindən ayrıldı

madonna-27-yasli-sevgilisinden-ayrildi
Oxunma sayı: 2191

63 yaşlı amerikalı müğənni Madonna 27 yaşlı rəqqas sevgilisi Ahlamalik Uilyamsdan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” nəşri müğənniyə yaxın mənbəyə istinadən yazıb.

Madonnanın özü bunu açıq şəkildə təsdiq etməsə də, instaqramdakı paylaşımı diqqət çəkib: “Həyatında sənə çox da yaraşmayan biri olanda Allah onu sənin həmin insandan ayrılmalı olduğunu başa düşənədək əzab vermək üçün istifadə edəcək”.  

İnsayderlər də ayrılığı təsdiqləyir və qeyd edirlər ki, buna səbəb Madonnanın həddindən artıq məşğul olmasıdır: “Onun çox sıx iş cədvəli var. O, bioqrafik filmi, yeni musiqi üzərində çalışır və ailəsinin qayğısına qalır. Onların əvvəlki kimi bir-birilərinə romantik hissləri var, amma hazırda ayrılmaq qərarına gəliblər. Ayrılığa daha bir işarə müğənninin instaqramında Ahlamaliklə olan fotolarının yoxa çıxmasıdır”.

İnsayderlərin sözlərinə görə, ikili dostluq münasibətlərini qoruyub saxlayıb.

Qeyd edək ki, Madonna ilə Ahlamalikin münasibətdə olmaları 2019-cu ildə məlum olmuşdu. Onlar hələ 2015-ci ildə tanış olmuşdular.