“MAHAL” MTK 120 ailəyə dəstək oldu - Fotolar

mahal-mtk-120-aileye-destek-oldu
Oxunma sayı: 3292

Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilir, onlara ərzaq yardımı göstərilir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, məqsəd koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır.

Bu tədbirlərdən biri də Ağdam İcra Hakimiyyətinin təşəbbüsü ilə “MAHAL” MTK-nın rəhbəri, sahibkar Elvin Rəhimov tərəfindən həyata keçirilib. Daim müxtəlif yardım aksiyaları həyata keçirən şirkət bu dəfə Bərdə rayonu ərazisində məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Laçın və Şuşadan olan 120 məcburi köçkün ailələsinə ərzaq bağlamaları paylanılıb.