Mahir Emreli “Dinamo”da debüt etdi

mahir-emreli-dinamoda-debut-etdi
Oxunma sayı: 6096

“Legiya”dan ayrılıb Zaqreb “Dinamo”su ilə müqavilə imzalayan Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Xorvatiya klubunda debüt edib.

“Qafqazinfo” xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/16 mərhələsində “Sevilya” ilə qarşılaşmada meydana çıxıb.

Mahir 57-ci dəqiqədə Juriçin əvəzinə oyuna daxil olub.

Qeyd edək ki, “Dinamo” “Sevilya”ya 1:3 hesabı ilə uduzub.