Afinada Yunanıstanın “AEK” və Xorvatiyanın “Dinamo” futbol klublarının fanatları arasında kütləvi dava baş verib.
“Qafqazinfo” Yunanıstanın “ERT” telekanalına istinadən xəbər verir ki, dava nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.
Məlumata görə, UEFA-nın “Dinamo” klubunun tərəfdarlarına sözügedən oyunda iştirakına qadağa qoymasına baxmayaraq, 150-200 tərəfdardan ibarət qrup avtomobillərlə Yunanıstana gəlib.
İnsident zamanı 96 nəfər saxlanılıb. Eyni zamanda, çox sayda mağazanın vitrininə və avtomobilə ziyan dəyib.
Davanın səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü Mahir Emreli “Dinamo” klubunda çıxış edir.
***
Dava səbəbindən Çempionlar Liqasının III təsnifat mərhələsinin “AEK” – “Dinamo” matçı təxirə salınıb.
Son xəbərlər
Son Xəbərlər