Mahirin klubu baş məşqçisi ilə bağlı qərar verdi

mahirin-klubu-bas-mesqcisi-ile-bagli-qerar-verdi
Oxunma sayı: 2147

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su baş məşqçi ilə bağlı qərarını verib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi hazırkı baş məşqçisi Ante Çaçiçlə müqavilənin müddətini uzadıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, xorvat mütəxəssis bu ilin aprelindən "Dinamo"nu çalışdırırdı. Komanda 2021/2022 mövsümündə Xorvatiya çempionu olub.