Makrondan Trampa çağırış

makrondan-trampa-cagiris
Oxunma sayı: 2010

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı qlobal idxal tariflərinin tətbiqinə dair qərarını geri çəkməyə çağırıb.

“Qafqazinfo” bu barədə BFMTV-yə istinadən xəbər verir.

“Avropa heç vaxt xaos istəməyib. Avropa Komissiyası buna qarşı mübarizə aparmaq üçün çalışır. Prezident Tramp öz qərarını yenidən nəzərdən keçirməlidir. Əgər bunun üçün cavab tədbirləri görməyə hazır olduğumuzu izah etmək lazımdırsa, biz bu məsuliyyəti öz üzərimizə götürəcəyik”, - deyə Fransa dövlət başçısı qeyd edib.