“Qalatasaray”ın oyununu idarə edəcəkdi, ürəyində problem yarandı

qalatasarayin-oyununu-idare-edecekdi-ureyinde-problem-yarandi
Oxunma sayı: 1900

Futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsində keçirilən “Konyaspor” - “Qalatasaray” matçında öncə xoşagəlməz hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçı idarə edəcək baş hakim Abdullah Buğra Taşkınsoyun ürəyində problem yaranıb. Bu səbəbdən o xəstəxanaya çatdırılıb.

Qarşılaşmanı isə dördüncü hakim Ali Yılmaz idarə edir.