Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi

marketden-araq-kolbasa-ogurladi
Oxunma sayı: 1431

Bakıdakı marketlərdən birindən 181 manatlıq oğurluq olub.

“Qafqazinfo”nun məlumatına görə, baxış zamanı oğurlanan məhsulların 3 butulka araq, kolbasa və pendir olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisə ilə bağlı 47 yaşlı R.A barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

R.A ifadəsində deyib ki, həmin gün çox ac olub. Ürəyi yeyib-içmək istədiyi üçün də mağazadan ərzaq oğurlayıb. O, hakimdən həbs edilməməsini xahiş edib.

Xəbəri rus dilində oxuyun: Украл, выпил — в исправительные работы!

Hakim R.A-nın maddi vəziyyətini, müəyyən xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq pul cəriməsi və həbs qərarı verməyib.

İnzibati xətaya görə onun barəsində 240 saat islah işləri növündə tənbeh tətbiq edilib.