Bu gün Bakı şəhəri Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Daewoo” markalı avtobus Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionunun qarşısında avtomobillə toqquşub.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
***
TƏBİB-dən bildirilib ki, saat 14:00 radələrində Sabunçu keçidinin yaxınlığında yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. 1989 və 1962-ci il təvəllüdlü şəxslər (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.
1989-cu il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması diaqnozu ilə Müştərək travma şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.
1962-ci il təvəllüdlü şəxs isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.