Masallıda silahlı insident - Kriminal avtoritetin qardaşı öldürüldü

masallida-silahli-insident-
Oxunma sayı: 32284

Masallı rayonunda silahlı insident olub.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib.

Hadisə zamanı naməlum şəxs 90-VH-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb.

Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir.

Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.

***

APA-nın məlumatına görə, qətlə yetirilən şəxs lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşıdır.