Maşın darvazaya çırpıldı, sürücü öldü - Fotolar

masin-darvazaya-cirpildi-surucu-oldu
Oxunma sayı: 572

Ağcabədidə avtomobil darvazaya çırpılıb.

“Qafqazinfo”nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi Ağcabədi şəhəri ərazisində baş verib.

Belə ki, Laçın rayon sakini, 1996-cı il təvəllüdlü Xanlarov Bahadur idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin dəmir darvazasına çırpılıb. 

Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı