Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Rəhimli kəndində qeydə alınıb.
Belə ki, Esmira Şirinovanın idarə etdiyi “Hyundai” markalı avtomobil hasara çırpılıb.
Sərnişinlər Rəhimli kənd sakinləri- Məmmədova Samirə, Abdullayeva Laləzar, Məmmədova Səbinə, Məmmədova Yeganə və Haqverdiyeva Aynurə xəsarət alıblar.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər