Mask rekord vurdu

mask-rekord-vurdu
Oxunma sayı: 3130

Amerikalı milyarder İlon Mask sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

Belə ki, yeni rekord Maskın özəl şirkəti “SpaceX”in səhmlərinin satışı ilə əldə edilib və bu, onun sərvətini 50 milyard dollar artıraraq 439,2 milyard dollara çatdırıb.