Mbappe “PSJ”də qalacağını açıqladı

mbappe-psjde-qalacagini-aciqladi
Oxunma sayı: 1744

“Paris Saint-Germain”in hücumçusu Kilian Mbappe ən azı daha bir mövsüm komandada qalacağını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “AS” nəşri məlumat yayıb.

“Bəli, mən Parisdə qalıram. Daha bir il müqaviləm var və klub yaxşılaşmaq üçün əlindən gələni edir. Buna görə də qalmaqdan çox xoşbəxtəm”, - Mbappe bildirib.

Qeyd edək ki, Mbappe 2022-ci ilin mayında “PSJ” ilə müqaviləsini 2023/24 mövsümünün sonuna qədər uzadıb.