“Real”ın hücumçusu Killian Mbappe üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı fransalı futbolçuda sol ayağın biseps əzələsinin zədələnməsi aşkarlanıb. O, “Atletiko”, “Lill” və “Valyadolid”ə qarşı oyunları buraxmalı olacaq.
Qeyd edək ki, Killian Mbappe bu mövsüm “Real”ın heyətində 9 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini edib.