“Mbappesiz daha çətin olacaq” - Video

mbappesiz-daha-cetin-olacaq
Oxunma sayı: 1263

Azərbaycan milli komandasının müdafiəçisi Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı futbolçu əvvəlcə matç barədə danışıb: 

- Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq.

- Kilian Mbappe sabahkı oyunda olmayacaq. Belə ulduz futbolçunun olmaması oyuna marağı azaldır?

- İnanmıram ki, maraq azalır. Bildiyim qədərilə, stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.