MDHP dünya şöhrətli rəssamın doğum gününü qeyd etdi

mdhp-dunya-sohretli-ressamin-dogum-gununu-qeyd-etdi
Oxunma sayı: 981


Beynəlxalq aləmdə tanınmış Azərbaycan rəssamının 18.02.2014-ci il tarixində “Tuqay” şadlıq evində sənət adamları və dostları onun doğum gününü qeyd etdilər. Yığıncağı açıq elan edən MDHP sədrinin mədəniyyət üzrə müşaviri Niftalı Göyçəli ilk sözü MDHP sədri, millət vəkili Fərəc Quliyevə verdi. Fərəc bəy çıxışında tədbirə qatılan qonaqlara təşəkkür və salamlarını çatdırdıqdan sonra qeyd etdi ki, “dünyaşöhrətli əməkdar rəssamın yaratdığı əsərlərdə bütövlükdə milli və müasir arqumentlər öz əksini tapmış, bu əsərlərin dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqının və dövlətinin təbliğ olunmasında müstəsna xidmətləri olmuşdur. Buna görə də Azərbaycanın Rspublikasının rəhbərliyi Əşrəf bəyin yaradıcılığını yüksək qiymətləndirmişdir. Eyni zamanda, Əşrəf bəy rəssamlıqla yanaşı yaşadığı xarici ölkədə geniş diaspora fəaliyyətilə də məşğuldur. Əşrəf bəyin bütün əsərlərinə nəzər yetirdikdə, orada dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin izini görmək mümkündür. Ona görə ki, Əşrəf Heybət rəssamlıqda ilk addımlarını atarkən, məhz Səttar Bəhlulzadədən dərs almışdır və o məktəbin ən layiqli davamçılarından biridir. Əşrəf bəyin vətəninə və millətinə bağlılığı təkcə sözdə deyil, onun bütün yaradıcılığında özünü büruzə verir.” MDHP sədri Fərəc Quliyev çıxışının sonunda Əşrəf bəyə bütün yaradıcılığında uğurlar arzulayaraq, bundan sonra da əməkdar rəssama hər zaman əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirdi.

Əşrəf Heybətin doğum günü tədbirində iştirak edən hörmətli ziyalılar və sənət adamlarından Xalq rəssamı Ağaəli İbrahimov, doktor Kübra Əliyeva, professor Fuad Məmmədov, Milli QHT Formunun sədri Rauf Zeyni, MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amnabəyli, şairə Nüyvər Şərifova, sənətşünaslıq elmlər namizədi Ziyadxan Əliyev, Musa Nağıyevin nəvəsi ziyalı Dilarə xanım və rəssam Minayə xanım, Abşeron Ağsaqqallar Şurasının sədri, “Qızıl buta” jurnalının redaktoru Hacı Rasim, Əşrəf bəyin xanımı iqtisad elmıəri namizədi Reqina xanım Əşrəf bəyin haqqında ehtilamlı sözlər söylədilər və bu tədbirin keçirilməsini təşkil edən MDHP rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Tədbirdə vətənpərvərlik mahnıları səsləndirən Almaniyada yaşayan Aida xanım, Şəmistan Əlizamanlı, Əlirza Amanbəyli, istedadlı saz ifaçısı Qərib Cahangiroğlu və gənc müğənni Amid bəyin ifaları yüksək alqışlarla qarşılandı.