Məhkəmə Şəhla Hümbətova ilə bağlı qərar verdi

mehkeme-sehla-humbetova-ile-bagli-qerar-verdi
Oxunma sayı: 3510

Bu gün Bakı İnzibati Məhkəməsində tanınmış vəkil Şəhla Hümbətovanın fəaliyyətinə xitam verilməsi haqda Vəkillər Kollegiyasının qərarına baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmə kollegiyanın qərarını qüvvədə saxlayaraq Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsini təsdiqləyib.

Qeyd edək ki, VK-nın ötən il noyabrın 27-də keçirilən Rəyasət Heyətinin iclasında bu barədə qərar verilib.

Ş.Hümbətovanın vəkillikdən çıxarılmasına səbəb bir vətəndaşın şikayəti və Vəkillər Kollegiyasına üzvlük haqqını ödəməməsi olub.

Şəhla Hümbətova isə bu qərarın adekvat olmadığını bildirərək daha yumşaq tənbeh tədbirlərinin seçilə biləcəyini qeyd edib.

Murad Əhməd