Türkiyənin məşhur jurnalisti Mehmet Barlas vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, bir çox qəzet və televiziya kanallarında çalışan Barlas 81 yaşında dünyasını dəyişib.
O, "Sabah" qəzetinin yazarı idi.
Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistin ailəsinə başsağlığı verib.