Meksika Cənubi Koreyanı məğlub etdi

meksika-cenubi-koreyani-meglub-etdi
Oxunma sayı: 1010

Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini qazanaraq 1/8 finala qrup lideri kimi vəsiqəni təmin edib. Ev sahibi komanda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsində hər iki komanda təhlükəli epizodlar yaratsa da, hesab açılmayıb.

Meksika yığmasının heyətində Xulian Kinyones yaxın məsafədən fərqlənməyə yaxın olsa da, onun baş zərbəsini qapıçı dəf edib.

Cənubi Koreya da qol imkanından yararlana bilməyib. Son Hın Min qapıçı ilə təkbətək epizodda topu qapıçının üzərindən aşırsa da, Edson Alvares topu qapı xəttindən uzaqlaşdıraraq komandasını qoldan xilas edib.

Fasilədən sonra Meksika daha fəal oynayıb və matçın yeganə qolu 57-ci dəqiqədə vurulub. Cənubi Koreya qapıçısı Sonq-Gyu Kim yüksək ötürməni uğursuz qarşılayaraq kobud səhvə yol verib. Topu ələ keçirən Luis Romo boş qapıya dəqiq zərbə ilə hesabı açıb.

Oyunun qalan hissəsində Meksika üstünlüyünü artırmaq üçün bir neçə fürsət yaxalasa da, bunlardan istifadə edə bilməyib. Matçın son dəqiqələrində isə Cənubi Koreya hesabı bərabərləşdirməyə yaxın olub. Lakin Meksika qapıçısı Raul Rangel ardıcıl iki möhtəşəm “seyv” edərək komandasının qələbəsini qoruyub.