Məktəb direktoru həmin qadından 300 min alıbmış

mekteb-direktoru-hemin-qadindan-300-min-alibmis
Oxunma sayı: 19228

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-cı il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Samirə Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub. O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.

Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək 6 min alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 7 il həbs cəzası verilib. Bundan başqa, S.Əkbərovaya qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib.