Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq - Yenilənib

mekteblilerimizin-hazirladigi-ilk-kosmik-peyk-orbite-buraxilacaq
Oxunma sayı: 1491

“Bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərkosmos”un nəzdində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq: “Layihədə 41 məktəbdən 750 şagird iştirak edib. İlin sonunda “SpaceX”  kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq”.

***

“Azərkosmos”un​ nəzdində fəaliyyət göstərən Akademiya tərəfindən gələcəkdə mobil əsaslı kosmik innovasiya və STEAM avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu Akademiyanın kosmik icra layihələrinin rəhbəri Əli Tağıyev deyib. Onun sözlərinə görə, ki, bu, regional bir layihədir: “Bu layihə Türk Dövlətləri Təşkilatı üzrə fəaliyyət göstərəcək. Bu mobil tədris və təcrübə platforması nəinki Azərbaycana, bütün türk dövlətlərinə, müxtəlif regionlara, məktəblərə səfər edəcək və hər bir kəsi kosmos elmi haqqında məlumatlandıracaq. Onların maariflənməsinə müsbət təsir göstərəcək. Bu layihə ilə biz çalışırıq ki, Türk Dövlətləri Təşkilatı arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfəmizi verək”.

Gülnar Əliyeva