Melo oğlu ilə eyni komandada çıxış edəcək

melo-oglu-ile-eyni-komandada-cixis-edecek
Oxunma sayı: 1898

Braziliyanın “Fluminense” klubu gənc futbolçusu Davi ilə peşəkar müqavilə imzalayıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Maraqlıdır ki, “Qalatasaray”ın sabiq futbolçusu və Davinin atası olan Felipe Melo da “Fluminense”də çıxış edir.40 yaşlı futbolçunun klubla 2024-cü ilin yayına qədər müqaviləsi var. Beləliklə, ata və oğul futbolçu kimi eyni komandada çıxış edəcək.