ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə danışıqlara razılaşıb və müzakirələrə hazır olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri bu haqda Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşündə deyib.
“Mən dialoqa açığam”, - Tramp vurğulayıb.
Qeyd edək ki, Venesuela Prezidenti ABŞ-li həmkarına müraciət edərək, onu iki ölkə arasında sülhü müzakirə etməyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər