“Mən meydançanı demişdim, Ayxan qapıları…” - Video

men-meydancani-demisdim-ayxan-qapilari
Oxunma sayı: 1011

“Mən meydançanı demişdim, Ayxan qapıları…”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasovun Quba Olimpiya İdman Kompleksinin qapıları barədə dediyi fikirləri ilə bağlı sualı cavablandırarkən deyib.  

“Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib (gülür). “No comment”, fikir bildirməyəcəyəm”.

Qeyd edək ki, ötən gün Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan “İmişli”-“Şamaxı” (0:0) oyunundan sonra Ayxan Abbasov  stadionun qapılarının normadan 11 sm hündür olduğunu bildirib. 

Xatırladaq ki, daha öncə Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirmiş, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını demişdi.